araşdırma ziyarətləri |
IQAinAR HUB |
IQAinAR
IQAinAR layihəsi tərəfdaş ölkələrin ali təhsil müəssisələrinin daxili keyfiyyət təminatı sistemlərinin beynəlxalq (Aİ) keyfiyyət standartları ilə təkmilləşdirilməsi və inkişafını dəstəkləmək, habelə yerli, regional və milli siyasət və strategiyaların həyata keçirilməsi istiqamətində ali təhsil müəssisələrinin gücləndirilməsini dəstəkləmək məqsədi daşıyır.
Daxili keyfiyyət təminatı sistemi çox geniş spektrə malikdir və bu layihə universitetin daxili keyfiyyət təminatı sisteminin iki əsas sahəsinə diqqət yetirəcək: tədris (tədris, öyrənmə və qiymətləndirmə) və müəllim (tərbiyəçi, praktik tədqiqatçı). Çünki müəllim tədrisin keyfiyyətində əsas rol oynayır. Bundan əlavə, daxili keyfiyyət təminatı sistemi ali təhsil müəssisələrində keyfiyyət təminatından məlumatlılıq, tənqidi baxış, davamlı təkmilləşdirmə və müəssisədaxili davranış mədəniyyətini əhatə edir. Bu layihə tərəfdaş ölkələrin ali məktəblərində keyfiyyət mədəniyyətin inkişafına dəstək vermək məqsədi daşıyır.